Şirvandakı yanğında yaralanan daha bir nəfərin ölüm xəbəri təkzib olundu
Tarix: 7-07-2015, 16:57 | Çap et
Şirvandakı yanğında yaralanan daha bir nəfərin ölüm xəbəri təkzib olundu
Müdafiə Sənayesi Nazirliyinin Şirvan rayonundakı Telemexanika Zavodunda baş vermiş partlayış nəticəsində yaralanan şəxslərdən daha birinin öldüyü barədə xəbər təsdiqini tapmayıb.

Lent.az-ın məlumatına görə, Respublika Yanıq Mərkəziindən bildiriblər ki, buraya yerləşdirilmiş xəstələr arasında dünyasını dəyişən yoxdur. Yanğında xəsarət almış şəxslərin 4-ü də yaşayır, ancaq səhhətləri ağır olaraq qalır.

* * *14:44

Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan daha biri bu gün vəfat edib.

Bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib.

Onun sözlərinə görə, partlayışda xəsarət alan 19 nəfərdən 13-ü ilk tibbi müdaxilənin ardından evlərinə buraxılsa da, 6 nəfərin stasionar qaydada müalicəsi davam edirdi və onlardan bir neçəsi Bakıya gətirlmişdi. Bu gün isə onlardan biri müalicə aldığı klinikada vəfat edib. Mərhum qadının ad-soyadını bir qədərdən sonra yazacağıq.

Qeyd edək ki, ağır xsarət alanlar aşağıdakılardır.

1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti)

1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti)

1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır)

1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti)

1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti)

1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net