Ana Sayfa > Xəbər > Şirvandakı yanğında yaralanan daha bir nəfərin ölüm xəbəri təkzib olundu
Şirvandakı yanğında yaralanan daha bir nəfərin ölüm xəbəri təkzib olundu7-07-2015, 16:57. Yazar: admin |
Müdafiə Sənayesi Nazirliyinin Şirvan rayonundakı Telemexanika Zavodunda baş vermiş partlayış nəticəsində yaralanan şəxslərdən daha birinin öldüyü barədə xəbər təsdiqini tapmayıb. Lent.az-ın məlumatına görə, Respublika Yanıq Mərkəziindən bildiriblər ki, buraya yerləşdirilmiş xəstələr arasında dünyasını dəyişən yoxdur. Yanğında xəsarət almış şəxslərin 4-ü də yaşayır, ancaq səhhətləri ağır olaraq qalır. * * *14:44 Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan daha biri bu gün vəfat edib. Bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib. Onun sözlərinə görə, partlayışda xəsarət alan 19 nəfərdən 13-ü ilk tibbi müdaxilənin ardından evlərinə buraxılsa da, 6 nəfərin stasionar qaydada müalicəsi davam edirdi və onlardan bir neçəsi Bakıya gətirlmişdi. Bu gün isə onlardan biri müalicə aldığı klinikada vəfat edib. Mərhum qadının ad-soyadını bir qədərdən sonra yazacağıq. Qeyd edək ki, ağır xsarət alanlar aşağıdakılardır. 1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti) 1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti) 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır) 1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti) 1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti) 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti). Geri dön |