Uşağı doğmamış reklam təklifi alıb
Tarix: 1-07-2015, 15:41 | Çap et
Uşağı doğmamış reklam təklifi alıb
Ana olmağa hazırlaşan müğənni Petek Dinçöz “Həftə sonu” jurnalına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, müğənni doğum yaxınlaşdıqca qorxu hissi keçirdiyini bildirib:

“Normal doğum edəcək cəsarətim var idi, vaxt yaxınlaşdıqca yox oldu. Qorxmağa başladım. İkinci dəfə ana olmağı düşünmürəm. Onsuz da şahzadəmiz var; Yoldaşımın ilk evliliyindən olan Seray mənim də qızımdır. Hamiləlikdən sonrakı planlar hazırdır. Əvvəl tətilə çıxacağıq, sonra iş-güclə məşğul olacağıq. Doğulacaq körpəm İrfan Aslanla oynayacağımız bir reklam layihəsi belə var”.

Qeyd edək ki, müğənni ana olduqdan sonra iflic olma ehtimalı olduğunu bildirmişdi:

“Doğuşdan boyun sümüyüm tərsdir. Hamiləlik dövründə iflic olma riskim belə var. Ana olduqdan sonra ölsəm, uşağıma atası baxar. Analıq duyğusunu yaşamaq üçün hər şeyi gözə aldım”.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net