Ana Sayfa > Xəbər > Uşağı doğmamış reklam təklifi alıb
Uşağı doğmamış reklam təklifi alıb1-07-2015, 15:41. Yazar: admin |
Ana olmağa hazırlaşan müğənni Petek Dinçöz “Həftə sonu” jurnalına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, müğənni doğum yaxınlaşdıqca qorxu hissi keçirdiyini bildirib: “Normal doğum edəcək cəsarətim var idi, vaxt yaxınlaşdıqca yox oldu. Qorxmağa başladım. İkinci dəfə ana olmağı düşünmürəm. Onsuz da şahzadəmiz var; Yoldaşımın ilk evliliyindən olan Seray mənim də qızımdır. Hamiləlikdən sonrakı planlar hazırdır. Əvvəl tətilə çıxacağıq, sonra iş-güclə məşğul olacağıq. Doğulacaq körpəm İrfan Aslanla oynayacağımız bir reklam layihəsi belə var”. Qeyd edək ki, müğənni ana olduqdan sonra iflic olma ehtimalı olduğunu bildirmişdi: “Doğuşdan boyun sümüyüm tərsdir. Hamiləlik dövründə iflic olma riskim belə var. Ana olduqdan sonra ölsəm, uşağıma atası baxar. Analıq duyğusunu yaşamaq üçün hər şeyi gözə aldım”. Geri dön |