Sürücü sükan arxasında öldü
Tarix: 30-06-2015, 12:37 | Çap et
Sürücü sükan arxasında öldü
Dünən axşam saatlarında Salyan rayonunda bədbəxt hadisə baş verib.

Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, rayonun Arbatan kəndi ərazisində 60 yaşlı sürücü - Saleh Nurəddin oğlu İsmayılov idarə etdiyi “BMW” markalı avtomaşının sükanı arxasında dünyasını dəyişib.

Yaxınlarının virtualaz.org saytına verdiyi məlumata görə, S.İsmayılov ürək çatışmazlığından əziyyət çəkirmiş.

Hadisə zamanı avtomobil çox aşağı sürətlə hərəkət etdiyindən qəza baş verməyib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net