Ana Sayfa > Xəbər > Sürücü sükan arxasında öldü
Sürücü sükan arxasında öldü30-06-2015, 12:37. Yazar: admin |
![]() Dünən axşam saatlarında Salyan rayonunda bədbəxt hadisə baş verib. Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, rayonun Arbatan kəndi ərazisində 60 yaşlı sürücü - Saleh Nurəddin oğlu İsmayılov idarə etdiyi “BMW” markalı avtomaşının sükanı arxasında dünyasını dəyişib. Yaxınlarının virtualaz.org saytına verdiyi məlumata görə, S.İsmayılov ürək çatışmazlığından əziyyət çəkirmiş. Hadisə zamanı avtomobil çox aşağı sürətlə hərəkət etdiyindən qəza baş verməyib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Geri dön |