Seyran Ohanyan Naxçıvan sərhədinə gəldi
Tarix: 29-06-2015, 13:37 |
Çap et
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə yaxın əraziyə gəlib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbçisi iyunun 26-da məhz həmin ərazidə həlak olub.
Erməni nazir postlara baş çəkib, operativ vəziyyətlə tanış olub, döyüş növbəsinin xüsusiyyətləri ilə maraqlanıb, istehkam-mühəndis qurğularının nə dərəcədə etibarlı olmasını şəxsən yoxlayıb.
Erməni KİV-lərinin xəbərinə görə, nazir Ohanyan əsgər və zabitlərlə söhbət edib, şəxsi heyətlə görüşüb, onların hazırlıq səviyyəsi və mənəvi-psixoloji durumu ilə tanış olub.