Ana Sayfa > Xəbər > Seyran Ohanyan Naxçıvan sərhədinə gəldi
Seyran Ohanyan Naxçıvan sərhədinə gəldi29-06-2015, 13:37. Yazar: admin |
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə yaxın əraziyə gəlib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbçisi iyunun 26-da məhz həmin ərazidə həlak olub. Erməni nazir postlara baş çəkib, operativ vəziyyətlə tanış olub, döyüş növbəsinin xüsusiyyətləri ilə maraqlanıb, istehkam-mühəndis qurğularının nə dərəcədə etibarlı olmasını şəxsən yoxlayıb. Erməni KİV-lərinin xəbərinə görə, nazir Ohanyan əsgər və zabitlərlə söhbət edib, şəxsi heyətlə görüşüb, onların hazırlıq səviyyəsi və mənəvi-psixoloji durumu ilə tanış olub. Geri dön |