“Məsələ beş gün ərzində həllini tapmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmaz olacaq"
Tarix: 26-06-2015, 12:44 | Çap et
“Məsələ beş gün ərzində həllini tapmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmaz olacaq"
"Avropa İttifaqı ölkələri Yunanıstanı vahid Avropa valyutası zonasından çıxarmağa can atmır. Lakin mövcud fikir ayrılığı yaxın 5 gün ərzində nizamlanmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmazdır".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu iqtisadiyyat və ictimaiyyət üzrə Avropa komissarı Günter Öttinger deyib.

“İyunun 30-na qədər bizdən asılı olan hər şeyi edəcəyik. Yunanıstanın avrozonadan çıxarılması bizim məqsədimiz deyil, lakin yaxın 5 gün ərzində məsələ həllini tapmasa, bu, qaçılmaz olacaq”, - deyə komissar qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net