Ana Sayfa > Xəbər > “Məsələ beş gün ərzində həllini tapmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmaz olacaq"
“Məsələ beş gün ərzində həllini tapmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmaz olacaq"26-06-2015, 12:44. Yazar: admin |
"Avropa İttifaqı ölkələri Yunanıstanı vahid Avropa valyutası zonasından çıxarmağa can atmır. Lakin mövcud fikir ayrılığı yaxın 5 gün ərzində nizamlanmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmazdır". APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu iqtisadiyyat və ictimaiyyət üzrə Avropa komissarı Günter Öttinger deyib. “İyunun 30-na qədər bizdən asılı olan hər şeyi edəcəyik. Yunanıstanın avrozonadan çıxarılması bizim məqsədimiz deyil, lakin yaxın 5 gün ərzində məsələ həllini tapmasa, bu, qaçılmaz olacaq”, - deyə komissar qeyd edib. Geri dön |