Müsavat Divanı Arif Hacılını media önünə çıxarır
Tarix: 22-06-2015, 18:18 |
Çap et
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Musavat.com-un məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə Avropa İttifaqının dəvəti ilə “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirakı, Avropa və post-sovet məkanının dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə görüşləri barədə məlumat verib.
Bu barədə ictimaiyyətə daha ətraflı məlumat vermək məqsədilə 23 iyun 2015-ci il tarixdə saat 13.00-da partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirməsi barədə qərar qəbul edilib.
Divanda partiyadaxili digər məsələlərə də baxılıb.