Ana Sayfa > Xəbər > Müsavat Divanı Arif Hacılını media önünə çıxarır

Müsavat Divanı Arif Hacılını media önünə çıxarır


22-06-2015, 18:18. Yazar: admin
Müsavat Divanı Arif Hacılını media önünə çıxarır
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Musavat.com-un məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldə Avropa İttifaqının dəvəti ilə “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirakı, Avropa və post-sovet məkanının dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə görüşləri barədə məlumat verib.

Bu barədə ictimaiyyətə daha ətraflı məlumat vermək məqsədilə 23 iyun 2015-ci il tarixdə saat 13.00-da partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirməsi barədə qərar qəbul edilib.

Divanda partiyadaxili digər məsələlərə də baxılıb.

Geri dön