Avropa Oyunları oxatma idman növü üçün mühüm əhəmiyyətə malikdir
Tarix: 22-06-2015, 15:12 |
Çap et
"İlk Avropa Oyunları oxatma idman növü üçün mühüm əhəmiyyətə malikdir".
Trend-in "New Europe" saytına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Kamandan Oxatma Federasiyasının (FITA) prezidenti Tom Dilen deyib.
O bildirib ki, Bakıda bacarıqlarını nümayiş etdirən avropalı oxatanlar növbəti yarışlarda daha qətiyyətlə çıxış edə biləcəklər: "Bakı-2015 bu idman növünün tezliklə beynəlxalq idman təqviminə daxil olmasına imkan yaradır".
T.Dilen vurğulayıb ki, Belarus, Almaniya, İspaniya, Rusiya, Niderland və Fransadan olan atletlər İlk Avropa Oyunlarında fəallıq nümayiş etdirdilər: "Bu müsabiqə oxatmanın daha geniş yayılması üçün yaxşı imkandır".