Ana Sayfa > Xəbər > Avropa Oyunları oxatma idman növü üçün mühüm əhəmiyyətə malikdir
Avropa Oyunları oxatma idman növü üçün mühüm əhəmiyyətə malikdir22-06-2015, 15:12. Yazar: admin |
"İlk Avropa Oyunları oxatma idman növü üçün mühüm əhəmiyyətə malikdir". Trend-in "New Europe" saytına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Kamandan Oxatma Federasiyasının (FITA) prezidenti Tom Dilen deyib. O bildirib ki, Bakıda bacarıqlarını nümayiş etdirən avropalı oxatanlar növbəti yarışlarda daha qətiyyətlə çıxış edə biləcəklər: "Bakı-2015 bu idman növünün tezliklə beynəlxalq idman təqviminə daxil olmasına imkan yaradır". T.Dilen vurğulayıb ki, Belarus, Almaniya, İspaniya, Rusiya, Niderland və Fransadan olan atletlər İlk Avropa Oyunlarında fəallıq nümayiş etdirdilər: "Bu müsabiqə oxatmanın daha geniş yayılması üçün yaxşı imkandır". Geri dön |