
Türkiyənin “A Haber” televiziyasında yayımlanan proqramların birində qonaq olan siyasətçi Savcı Sayan sensasion açıqlamalar verib.
Avropa.info xəbər verir ki, canlı yayımda qurulacaq yeni hökumətlə bağlı sualları cavablandıran Sayan 30-40 nəfərlik bir qrup şəxsin CHP-dən AKP-yə keçərək hökumət qurmağa köməklik göstərəcəyini bildirib.
“İki dostum mənə zəng edərək belə dedilər: “Dəniz Baykal məsələylə bağlı bir iş görsün. Baykal Kılıçdaroğluna oranı boşaltması üçün ultimatom versin. Yoxsa biz özümüz ayrılarıq. 30-40 nəfərlik bir qrupla Türkiyənin hökumətsiz qalmaması üçün əlimizdən gələni edərik.”