Ana Sayfa > Xəbər > CHP-nin 30-40 millət vəkili AKP-yə keçəcək - Sensasion açıqlama
CHP-nin 30-40 millət vəkili AKP-yə keçəcək - Sensasion açıqlama18-06-2015, 12:39. Yazar: admin |
Türkiyənin “A Haber” televiziyasında yayımlanan proqramların birində qonaq olan siyasətçi Savcı Sayan sensasion açıqlamalar verib. Avropa.info xəbər verir ki, canlı yayımda qurulacaq yeni hökumətlə bağlı sualları cavablandıran Sayan 30-40 nəfərlik bir qrup şəxsin CHP-dən AKP-yə keçərək hökumət qurmağa köməklik göstərəcəyini bildirib. “İki dostum mənə zəng edərək belə dedilər: “Dəniz Baykal məsələylə bağlı bir iş görsün. Baykal Kılıçdaroğluna oranı boşaltması üçün ultimatom versin. Yoxsa biz özümüz ayrılarıq. 30-40 nəfərlik bir qrupla Türkiyənin hökumətsiz qalmaması üçün əlimizdən gələni edərik.” Geri dön |