Azərbaycan nefti yenə bahalaşdı
Tarix: 11-06-2015, 12:23 | Çap et
Azərbaycan nefti yenə bahalaşdı
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,69 dollar bahalaşaraq 65,95 dollar təşkil edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.

Ümumiyyətlə, dünya birjalarında neftin qiyməti bahalaşıb.

Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,29 dollar bahalaşaraq 61,43 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar artaraq 65,70 dollar olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net