Ana Sayfa > Xəbər > Azərbaycan nefti yenə bahalaşdı
Azərbaycan nefti yenə bahalaşdı11-06-2015, 12:23. Yazar: admin |
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,69 dollar bahalaşaraq 65,95 dollar təşkil edib. ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib. Ümumiyyətlə, dünya birjalarında neftin qiyməti bahalaşıb. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,29 dollar bahalaşaraq 61,43 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar artaraq 65,70 dollar olub. Geri dön |