Avropa Oyunlarında multi-idman ənənələrinin əsası qoyulacaq
Tarix: 11-06-2015, 12:23 |
Çap et
İlk Avropa Oyunlarının keçirilməsində məqsəd müxtəlif qitələrdə də multi-idman ənənələrini yaratmaqdır.
Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Fokus" internet portalı yazır.
Portalın məlumatında qeyd edilir ki, Azərbaycan 2012-ci ildə İlk Avropa Oyunlarına ev sahibliyi etmək istəyən yeganə namizəd olub: "Xəzər dənizinin sahilində yerləşən, hazırda iri meqapolisə çevrilən Bakı şəhərində artıq sabah bu nüfuzlu idman tədbirinin açılışı olacaq".
6 min atletin 20 idman növü üzrə yarışacağını yazan müəllif bildirir ki, əslində, "Bakı 2015"lə müxtəlif qitələrin, məsələn - Asiya və Panamerika oyunları kimi multi-idman ənənələrinin əsası qoyulacaq.