Ana Sayfa > Xəbər > Avropa Oyunlarında multi-idman ənənələrinin əsası qoyulacaq
Avropa Oyunlarında multi-idman ənənələrinin əsası qoyulacaq11-06-2015, 12:23. Yazar: admin |
İlk Avropa Oyunlarının keçirilməsində məqsəd müxtəlif qitələrdə də multi-idman ənənələrini yaratmaqdır. Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Fokus" internet portalı yazır. Portalın məlumatında qeyd edilir ki, Azərbaycan 2012-ci ildə İlk Avropa Oyunlarına ev sahibliyi etmək istəyən yeganə namizəd olub: "Xəzər dənizinin sahilində yerləşən, hazırda iri meqapolisə çevrilən Bakı şəhərində artıq sabah bu nüfuzlu idman tədbirinin açılışı olacaq". 6 min atletin 20 idman növü üzrə yarışacağını yazan müəllif bildirir ki, əslində, "Bakı 2015"lə müxtəlif qitələrin, məsələn - Asiya və Panamerika oyunları kimi multi-idman ənənələrinin əsası qoyulacaq. Geri dön |