Türkiyə sərhədində gözləyən 3 min suriyalının girişinə icazə verilib
Tarix: 10-06-2015, 17:07 | Çap et
Türkiyə sərhədində gözləyən 3 min suriyalının girişinə icazə verilib
İslamazeri.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Ağcaqala rayonuna bağlı Zənginova məhəlləsindəki sərhəd xəttində üç gündür gözləyən 3 minə yaxın suriyalının Türkiyəyə girişinə icazə verilib. Ölkəyə daxil olmasına icazə verilən suriyalılara əsgərlər su və ərzaq verdikdən sonra Ağcaqala rayonundakı çadır şəhərciklərinə aparılıb. Keçiddə izdihamın yaşanması zamanı ictimai hadisələrə müdaxilə vasitələri olan su dolu maşınlardan istifadə edilib. Xatırladaq ki, Suriyada müxtəlif terror təşkilatlarının ölkədə qarışıqlıq yaratmasından və mülki şəxslərə zərər verməsindən sonra suriyalılar Türkiyə sərhədinə doğru axın edirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net