Ana Sayfa > Xəbər > Türkiyə sərhədində gözləyən 3 min suriyalının girişinə icazə verilib
Türkiyə sərhədində gözləyən 3 min suriyalının girişinə icazə verilib10-06-2015, 17:07. Yazar: admin |
İslamazeri.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Ağcaqala rayonuna bağlı Zənginova məhəlləsindəki sərhəd xəttində üç gündür gözləyən 3 minə yaxın suriyalının Türkiyəyə girişinə icazə verilib. Ölkəyə daxil olmasına icazə verilən suriyalılara əsgərlər su və ərzaq verdikdən sonra Ağcaqala rayonundakı çadır şəhərciklərinə aparılıb. Keçiddə izdihamın yaşanması zamanı ictimai hadisələrə müdaxilə vasitələri olan su dolu maşınlardan istifadə edilib. Xatırladaq ki, Suriyada müxtəlif terror təşkilatlarının ölkədə qarışıqlıq yaratmasından və mülki şəxslərə zərər verməsindən sonra suriyalılar Türkiyə sərhədinə doğru axın edirlər. Geri dön |