Böyük Britaniya və İrlandiya komandaları I Avropa Oyunlarına hazırlaşır
Tarix: 10-06-2015, 14:41 | Çap et
Böyük Britaniya və İrlandiya komandaları I Avropa Oyunlarına hazırlaşır
Böyük Britaniya və İrlandiya idmançıları 12-28 iyun Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşır. Trend-in verdiyi məlumata əsasən, bu barədə “Scottish Gymnastics” saytında dərc olunmuş məqalədə deyilir.

Məqalə müəllifi qeyd edir ki, 17 gün ərzində 20 idman növü üzrə 50 ölkədən olan idmançının mübarizə aparacağı I Avropa Oyunları Azərbaycan üçün ilk böyük miqyaslı idman hadisəsi olacaq.

Məqalədə deyilir ki, Böyük Britaniya I Avropa Oyunlarında 13 idman növündə mübarizə aparacaq.

Məlumatda bildirilir ki, 2014-cü il “Team Scotland Glasgow”-nun gümüş medal sahibi Frenk Beyns iyunun 14-də baş tutacaq çıxışını gözləyir.

sportswomen.ie saytında dərc olunan məqalədə isə deyilir ki, I Avropa Oyunlarında İrlandiyanı 14 idman növü üzrə 63 kişi, 12 idman növü üzrə isə 12 qadın idmançı təmsil edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net