Ana Sayfa > Xəbər > Böyük Britaniya və İrlandiya komandaları I Avropa Oyunlarına hazırlaşır
Böyük Britaniya və İrlandiya komandaları I Avropa Oyunlarına hazırlaşır10-06-2015, 14:41. Yazar: admin |
Böyük Britaniya və İrlandiya idmançıları 12-28 iyun Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşır. Trend-in verdiyi məlumata əsasən, bu barədə “Scottish Gymnastics” saytında dərc olunmuş məqalədə deyilir. Məqalə müəllifi qeyd edir ki, 17 gün ərzində 20 idman növü üzrə 50 ölkədən olan idmançının mübarizə aparacağı I Avropa Oyunları Azərbaycan üçün ilk böyük miqyaslı idman hadisəsi olacaq. Məqalədə deyilir ki, Böyük Britaniya I Avropa Oyunlarında 13 idman növündə mübarizə aparacaq. Məlumatda bildirilir ki, 2014-cü il “Team Scotland Glasgow”-nun gümüş medal sahibi Frenk Beyns iyunun 14-də baş tutacaq çıxışını gözləyir. sportswomen.ie saytında dərc olunan məqalədə isə deyilir ki, I Avropa Oyunlarında İrlandiyanı 14 idman növü üzrə 63 kişi, 12 idman növü üzrə isə 12 qadın idmançı təmsil edəcək. Geri dön |