Maradona FİFA prezidenti ola bilər
Tarix: 3-06-2015, 11:58 | Çap et
Maradona FİFA prezidenti ola bilər
Venesuela prezidenti Nikolas Maduro Diaqo Marodanının Beynəlxalq Futbol Federasiyasının (FİFA) yeni prezidenti olmasını istəyir.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezident ölkə vətəndaşlarına həftəlik telemüraciətində bildirib.

“Futbolçu 10 il ərzində FİFA rəhbərliyini korrupsiyada ittiham edib, lakin onlar futbolçunu təhdid edir, ona gülürdülər”, - deyə Venesuela lideri vurğulayıb.

Qeyd edək ki, ötən gün FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.

Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirib.

Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net