Ana Sayfa > Xəbər > Maradona FİFA prezidenti ola bilər
Maradona FİFA prezidenti ola bilər3-06-2015, 11:58. Yazar: admin |
Venesuela prezidenti Nikolas Maduro Diaqo Marodanının Beynəlxalq Futbol Federasiyasının (FİFA) yeni prezidenti olmasını istəyir. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezident ölkə vətəndaşlarına həftəlik telemüraciətində bildirib. “Futbolçu 10 il ərzində FİFA rəhbərliyini korrupsiyada ittiham edib, lakin onlar futbolçunu təhdid edir, ona gülürdülər”, - deyə Venesuela lideri vurğulayıb. Qeyd edək ki, ötən gün FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib. Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirib. Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır. Geri dön |