Azərbaycan parlamentinə seçkilər noyabrın 1-də keçiriləcək
Tarix: 2-06-2015, 17:01 |
Çap et
Məlum olduğu kimi, bu il Azərbaycanda Milli Məclisə (MM) seçkilər keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.
2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən sayta bildirilib ki, rəsmi olaraq Milli Məclisə seçki təyin edildikdən sonra MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək.