Ana Sayfa > Xəbər > Azərbaycan parlamentinə seçkilər noyabrın 1-də keçiriləcək
Azərbaycan parlamentinə seçkilər noyabrın 1-də keçiriləcək2-06-2015, 17:01. Yazar: admin |
Məlum olduğu kimi, bu il Azərbaycanda Milli Məclisə (MM) seçkilər keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir. 2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən sayta bildirilib ki, rəsmi olaraq Milli Məclisə seçki təyin edildikdən sonra MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək. Geri dön |