İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri alıb
Tarix: 27-05-2015, 18:01 | Çap et
İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri alıb
İraq ordusu “Əl-Haşid əş-Şaabi” şiə silahlı qruplaşmasının dəstəyi ilə Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərinin iki rayonunu İŞİD-dən geri alıb.

TASS informasiya agentliyi xəbər verir ki, bunu əyalət şurasının üzvü Racea əl-İsaui bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri və “Əl-Haşid əş-Şaabi” şiə silahlı qruplaşmasının yaraqlıları mayın 27-də şəhərin Ət-Taş və Əl-Humeyrə rayonlarını azad edib. Bundan sonra İŞİD cənub istiqamətindən ehtiyat qüvvə cəlb edə bilməyəcək.

İŞİD qruplaşmasının Ramadi şəhərinə hücumları mayın 15-də başlayıb. Mayın 17-də isə şəhər üzərində nəzarətə tam yiyələnən yaraqlılar “Ənbar” komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net