Ana Sayfa > Xəbər > İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri alıb
İraq ordusu Ramadi şəhərini İŞİD-dən geri alıb27-05-2015, 18:01. Yazar: admin |
İraq ordusu “Əl-Haşid əş-Şaabi” şiə silahlı qruplaşmasının dəstəyi ilə Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərinin iki rayonunu İŞİD-dən geri alıb. TASS informasiya agentliyi xəbər verir ki, bunu əyalət şurasının üzvü Racea əl-İsaui bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri və “Əl-Haşid əş-Şaabi” şiə silahlı qruplaşmasının yaraqlıları mayın 27-də şəhərin Ət-Taş və Əl-Humeyrə rayonlarını azad edib. Bundan sonra İŞİD cənub istiqamətindən ehtiyat qüvvə cəlb edə bilməyəcək. İŞİD qruplaşmasının Ramadi şəhərinə hücumları mayın 15-də başlayıb. Mayın 17-də isə şəhər üzərində nəzarətə tam yiyələnən yaraqlılar “Ənbar” komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər. Geri dön |