Əfqanıstanda təhlükəsialik xidmətinin 26 əməkdaşı öldürülüb
Tarix: 26-05-2015, 16:00 |
Çap et
Əfqanıstanda yaraqlılar ölkənin cənubundakı bir neçə nəzarət-buraxılş məntəqəsinə hücum ediblər.
Nəticədə təhlükəsialik xidmətinin 26 əməkdaşı həlak olub.
Helmand əyalətinin polis əməkdaşı hücumun mayın 25-də Navzad rayonunda törədildiyini bildirib.
Onun sözlərinə görə, ölənlərdən 19-u polis, 7-si isə əsgərdir.
Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Qəndəhar əyalətində polislə 2 intiharçı terrorçu arasında baş verən toqquşmada isə azı 1 mülki sakinin öldüyü, 3 polisin isə yaralandığı xəbər verirlir.
Yaraqlıların gizləndiyi bina mühasirəyə alınıb.