Ana Sayfa > Xəbər > Əfqanıstanda təhlükəsialik xidmətinin 26 əməkdaşı öldürülüb

Əfqanıstanda təhlükəsialik xidmətinin 26 əməkdaşı öldürülüb


26-05-2015, 16:00. Yazar: admin
Əfqanıstanda təhlükəsialik xidmətinin 26 əməkdaşı öldürülüb
Əfqanıstanda yaraqlılar ölkənin cənubundakı bir neçə nəzarət-buraxılş məntəqəsinə hücum ediblər.

Nəticədə təhlükəsialik xidmətinin 26 əməkdaşı həlak olub.

Helmand əyalətinin polis əməkdaşı hücumun mayın 25-də Navzad rayonunda törədildiyini bildirib.

Onun sözlərinə görə, ölənlərdən 19-u polis, 7-si isə əsgərdir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Qəndəhar əyalətində polislə 2 intiharçı terrorçu arasında baş verən toqquşmada isə azı 1 mülki sakinin öldüyü, 3 polisin isə yaralandığı xəbər verirlir.

Yaraqlıların gizləndiyi bina mühasirəyə alınıb.

Geri dön