Oqtay Şirəliyev: "Yanğında xəsarət alanların arasında çox ağır vəziyyətdə olan xəstə yoxdur"
Tarix: 20-05-2015, 18:11 | Çap et
Oqtay Şirəliyev: "Yanğında xəsarət alanların arasında çox ağır vəziyyətdə olan xəstə yoxdur"
"Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib". APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək axşam buraxılıb.

Nazir hazırda xəstəxanalarda 14 xəstənin olduğunu söyləyib: “Onların vəziyyəti kafidir və aralarında çox ağır vəziyyətdə olan xəstə yoxdur. Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə vəfat edib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net