Ana Sayfa > Xəbər > Oqtay Şirəliyev: "Yanğında xəsarət alanların arasında çox ağır vəziyyətdə olan xəstə yoxdur"
Oqtay Şirəliyev: "Yanğında xəsarət alanların arasında çox ağır vəziyyətdə olan xəstə yoxdur"20-05-2015, 18:11. Yazar: admin |
"Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib". APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək axşam buraxılıb. Nazir hazırda xəstəxanalarda 14 xəstənin olduğunu söyləyib: “Onların vəziyyəti kafidir və aralarında çox ağır vəziyyətdə olan xəstə yoxdur. Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə vəfat edib”. Geri dön |