Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə çatıb, 50 nəfər xəsarət alıb
Tarix: 19-05-2015, 15:55 |
Çap et
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 50 nəfər xəsarət alıb, onlardan 34-ü hospitallaşdırılıb. 7 nəfərə tibb müəssisəsində, 10 nəfərə yerində ambulator yardım göstərilib.
***
saat 15.22
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.
***
saat 14.37
Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.
43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.
***
saat 14.02
Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.
Ölənlərdən biri özünü binadan atıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 20-dən çoxdur, onların 17 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər Yanıq Mərkəzinə, 2 nəfər 6 saylı Şəhər Xəstəxanasına, 3 nəfər Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 6-7 nəfərə yerində yardım edilib.