Ana Sayfa > Xəbər > Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə çatıb, 50 nəfər xəsarət alıb
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə çatıb, 50 nəfər xəsarət alıb19-05-2015, 15:55. Yazar: admin |
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 50 nəfər xəsarət alıb, onlardan 34-ü hospitallaşdırılıb. 7 nəfərə tibb müəssisəsində, 10 nəfərə yerində ambulator yardım göstərilib. *** saat 15.22 Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb. *** saat 14.37 Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb. 43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib. *** saat 14.02 Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Ölənlərdən biri özünü binadan atıb. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 20-dən çoxdur, onların 17 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər Yanıq Mərkəzinə, 2 nəfər 6 saylı Şəhər Xəstəxanasına, 3 nəfər Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 6-7 nəfərə yerində yardım edilib. Geri dön |