Miri Yusif sənətini başqa ölkədə davam etdirmək istəyir
Tarix: 5-05-2015, 17:49 | Çap et
Miri Yusif sənətini başqa ölkədə davam etdirmək istəyir
Müğənni Miri Yusif sənətini başqa ölkədə davam etdirmək istəyir. “Qafqazinfo”nun məlumatına görə, bu haqda müğənni “Region TV”də yayımlanan "Şou məkan" verilişinə açıqlamasında bildirib:

“Hələ ki, Miri Yusif Azərbaycanda zirvəyə çatmayıb. Zirvəyə çatandan sonra ya Türkiyədə, ya Rusiyada, yaxud da Avropa ölkələrinin birində öz sənətimi təqdim etmək istəyirəm. Yeni mahnıma klip çəkdirirəm. Çox zövqlü, dinamik, maraqlı və rəqs üçün olan bir mahnıdır. Tamaşaçılar ilk dəfə bu klipdə məni rəqs edərkən görəcəklər”.

"Yarımdünya" filmində aktyor olaraq tamaşaçıların qarşısına çıxan müğənni film haqda təəssüratlarını da bölüşüb: “Kino çox qəliz bir işdir. Xüsusən də, baş rola çəkilmək. Mən bu qədər çətin bir iş olduğunu öncədən bilmirdim. İşləyəndən sonra anladım ki, çox yorucudur. Lakin bu qədər yorulmağa, tər tökməyə, zəhmət çəkməyə dəyər. Filmə baxan tamaşaçılar deyirlər ki, sənə halaldı, Miri! Bu da məni çox sevindirir. Kino işinə çox sayda qeyri-peşəkarlar da əl atırlar. Amma mən həmişə peşəkarlarla işləmək istəyirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net