İki nəfərin ölümünə bais olan avtobus sürücüsünə 10 il 6 ay həbs verildi
Tarix: 4-05-2015, 14:56 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 14-də Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.
E. Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüblər, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.