Ana Sayfa > Xəbər > İki nəfərin ölümünə bais olan avtobus sürücüsünə 10 il 6 ay həbs verildi
İki nəfərin ölümünə bais olan avtobus sürücüsünə 10 il 6 ay həbs verildi4-05-2015, 14:56. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il avqustun 14-də Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub. E. Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüblər, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib. Geri dön |