DİN əməkdaşı xidməti maşınla adam vurdu
Tarix: 1-05-2015, 15:22 |
Çap et
Daxili İşlər Nazirliyinin əməkdaşı piyadanı vurub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsində bir neçə gün öncə baş verib.
Bakı sakini 1986-cı il təvəllüdlü Samirə Xangəldiyeva yolu qaçaraq keçən zaman DİN-in Baş Mühafizə İdarəsinin işçisi 1990-cı il təvəllüdlü Azər Mehdiyevin idarə etdiyi BMİ-yə məxsus Toyota markalı avtomobillə vurulub.
Piyada xəstəxanaya müraciət etməyib.