Ana Sayfa > Xəbər > DİN əməkdaşı xidməti maşınla adam vurdu

DİN əməkdaşı xidməti maşınla adam vurdu


1-05-2015, 15:22. Yazar: admin
DİN əməkdaşı xidməti maşınla adam vurdu
Daxili İşlər Nazirliyinin əməkdaşı piyadanı vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsində bir neçə gün öncə baş verib.

Bakı sakini 1986-cı il təvəllüdlü Samirə Xangəldiyeva yolu qaçaraq keçən zaman DİN-in Baş Mühafizə İdarəsinin işçisi 1990-cı il təvəllüdlü Azər Mehdiyevin idarə etdiyi BMİ-yə məxsus Toyota markalı avtomobillə vurulub.

Piyada xəstəxanaya müraciət etməyib.

Geri dön