Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb
Tarix: 1-05-2015, 11:35 |
Çap et
Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində baş verib.
Hacıqabul rayon sakini 1981-ci il təvəllüdlü Əzizağa Fərəcov idarə etdiyi Mercedes markalı 64 BB 363 nömrəli avtomobillə hərəkətdə olan Norveç səfirliyinə məxsus Bakı sakini 1957-ci il təvəllüdlü Aydın Nurəhmədovun idarə etdiyi Prado markalı D 02408 nömrəli avtomobili ötmək istəyərkən vurub.
Hər iki avtomobil ciddi zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.