Ana Sayfa > Xəbər > Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb
Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb1-05-2015, 11:35. Yazar: admin |
Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində baş verib. Hacıqabul rayon sakini 1981-ci il təvəllüdlü Əzizağa Fərəcov idarə etdiyi Mercedes markalı 64 BB 363 nömrəli avtomobillə hərəkətdə olan Norveç səfirliyinə məxsus Bakı sakini 1957-ci il təvəllüdlü Aydın Nurəhmədovun idarə etdiyi Prado markalı D 02408 nömrəli avtomobili ötmək istəyərkən vurub. Hər iki avtomobil ciddi zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |