Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO
Tarix: 29-04-2015, 17:32 | Çap et
Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO
Azərbaycanda polis toyda oğurluq edən şəxsi axtarır.

Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) report-a bildirilib ki, bu il aprelin 11-də Biləsuvar şəhərində yerləşən “Zirvə” şadlıq sarayında keçirilən toy mərasimi zamanı rayon sakini Ruslan Məmmədova məxsus ümumi dəyəri 330 manat olan "Samsung" və “Nokia” markalı 2 ədəd mobil telefon naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı Biləsuvar RPŞ-nin İstintaq qrupunda Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi başlanılıb. Həmin toy mərasiminin videoçəkilişindən götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Onu tanıyanlardan DİN-in “102” Xidmətinə, (051) 705-00-39 və ya (050/ 055) 339-22-44, həmçinin (02529) 5-04-02, (02529) 5-00-39 nömrəli telefonlara zəng edərək Biləsuvar RPŞ-yə məlumat vermələri xahiş olunur.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net