Ana Sayfa > Xəbər > Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO
Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO29-04-2015, 17:32. Yazar: admin |
Azərbaycanda polis toyda oğurluq edən şəxsi axtarır. Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) report-a bildirilib ki, bu il aprelin 11-də Biləsuvar şəhərində yerləşən “Zirvə” şadlıq sarayında keçirilən toy mərasimi zamanı rayon sakini Ruslan Məmmədova məxsus ümumi dəyəri 330 manat olan "Samsung" və “Nokia” markalı 2 ədəd mobil telefon naməlum şəxs tərəfindən oğurlanıb. Faktla bağlı Biləsuvar RPŞ-nin İstintaq qrupunda Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi başlanılıb. Həmin toy mərasiminin videoçəkilişindən götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir. Onu tanıyanlardan DİN-in “102” Xidmətinə, (051) 705-00-39 və ya (050/ 055) 339-22-44, həmçinin (02529) 5-04-02, (02529) 5-00-39 nömrəli telefonlara zəng edərək Biləsuvar RPŞ-yə məlumat vermələri xahiş olunur. Geri dön |