“Ukraynada partizan müharibəsi başlasa...”
Tarix: 25-04-2015, 15:44 | Çap et
“Ukraynada partizan müharibəsi başlasa...”
“Putin qəsdən Ukraynanın dərinliyinə getmir, lakin bu ölkənin şərqində təzyiqi də azaltmır”.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst söyləyib.

Onun sözlərinə görə, Ukraynada partizan müharibəsi başlasa, bu müharibə rus qoşunlarına baha başa gələcək:

“Putinin Ukraynanın şərqində təzyiqləri davam etdirməsinin əsas səbəbi Kiyevin islahatlar aparmasına imkan verməməkdir. Bizim əla kəşfiyyat resurslarımız var. Peyklərimizin köməyi ilə Ukraynanın şərqində nə baş verdiyini öyrənə biləcəyik. Məhz bundan sonra silahların Rusiyadan Ukraynaya necə yerləşdiyini dəqiq müəyyənləşdirəcəyik. Ukraynanın 89% əhalisi etnik cəhətdən rus olmasına baxmayaraq, onlar Putinə qarşı simpatiya göstərmirlər. O, Ukraynada çox irəli getmək istəmir, çünki bu zaman partizan müharibəsi başlayacaq. Bu müharibə isə rus qoşunlarına çox baha başa gələcək”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net