4 oğlan 18 yaşlı azərbaycanlı qızı qaçırdı
Tarix: 25-04-2015, 14:48 | Çap et
4 oğlan 18 yaşlı azərbaycanlı qızı qaçırdı
Rusiyada 18 yaşlı azərbaycanlı gənc qız oğurlanıb.

ANS PRESS-in məlumatına görə, hadisə Leninqrad vilayətində baş verib. Şəhər kolleclərindən birinin şagirdi olan gənc qız özünün qaçırılması faktı barədə məlumat verib.

Azərbaycanlı qız mobil telefon vasitəsilə öz dayısına zəng edib. Gənc qız 4 naməlum oğlan tərəfindən bıçaqla hədələndiyini söyləyib. Azərbaycanlı qız deyib ki, onu maşına mindirərək naməlum istiqamətdə aparıblar.

Hazırda qızın telefonu sönülü olduğu üçün onunla əlaqə saxlamaq mümkün deyil. Qızın ailəsi polisə bildirib ki, qaçırılma hadisəsi baş verən gün 18 yaşlı gənc qız söz-söhbətdən sonra evdən gedib. Ailə daxili münaqişənin səbəbi isə qızın Azərbaycana getmək istəyi olub.

Qeyd edək ki, qız 2012-ci ildən Rusiyada yaşayır. Polislər hazırda hadisənin baş vermə səbəblərini araşdırırlar.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net