Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı və danışıqlarda iştirak edən bütün ölkələrin marağındadır
Tarix: 22-07-2020, 15:29 | Çap et
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı və danışıqlarda iştirak edən bütün ölkələrin marağındadır

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun və danışıqlar prosesində iştirak edən bütün ölkələrinin marağındadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib.

"Hesab edirik ki, təkcə Rusiya yox, digər ölkələr - bu regionda sabitliyin möhkəmlənməsini istəyən digər dövlətlər də tərəfləri sülhə, atəşi dayandırmağa təşviq edən bəyanatlar verməlidir, - deyə o bildirib.

O, regionda vəziyyətin sabitləşməsinin bütün proses iştirakçılarının marağında olduğunu da vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net