Ana Sayfa > Xəbər > Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı və danışıqlarda iştirak edən bütün ölkələrin marağındadır
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı və danışıqlarda iştirak edən bütün ölkələrin marağındadır22-07-2020, 15:29. Yazar: admin |
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun və danışıqlar prosesində iştirak edən bütün ölkələrinin marağındadır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib. "Hesab edirik ki, təkcə Rusiya yox, digər ölkələr - bu regionda sabitliyin möhkəmlənməsini istəyən digər dövlətlər də tərəfləri sülhə, atəşi dayandırmağa təşviq edən bəyanatlar verməlidir, - deyə o bildirib. O, regionda vəziyyətin sabitləşməsinin bütün proses iştirakçılarının marağında olduğunu da vurğulayıb. Geri dön |