Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı qarşıdurmaya son qoymağa və vəziyyəti daha da gərginləşdirməmək üçün tədbirlər görməyə çağırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin mətbuat ofisinin açıqlamasında deyilir.
“Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradan hərəkətlərdən və ritorikadan çəkinməyə və eskalasiyanın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır”, - sənəddə deyilir.